Dönərdən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb
13 Dekabr 2021
Bakıda dönərdən zəhərlənmə faktına görə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Bakıda 8 nəfər dönərdən zəhərlənərək Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Sonradan vəziyyətləri normallaşan həmin şəxslər xəstəxanadan evə buraxılıblar.