Logo
news content
User
Kateqoriyalar

Xəbər

Donbas uğrunda döyüş İkinci Dünya Müharibəsini xatırladacaq!

“Donbas uğrunda döyüş sizə İkinci Dünya Müharibəsini xatırladacaq”.

Bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısında iştirakdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bunu dediyim üçün təəssüf edirəm, amma bu həqiqətdir: Donbas uğrunda döyüş böyük əməliyyatlar, manevrlər, minlərlə tank, zirehli texnika, təyyarə, artilleriya ilə İkinci Dünya Müharibəsini xatırladacaq. Rusiyanın bu döyüşə hazırlığı ilə bağlı gördüklərimizə əsaslanaraq deyə bilərik ki, bu, lokal əməliyyat olmayacaq. Rusiyanın öz planı var, bizim planımız var və bu döyüşün nəticəsi döyüş meydanında həll olunacaq”.

Nazir daha sonra əlavə edib: "Ya siz indi bizə kömək edəcəksiniz - mən həftələrdən yox, günlərdən danışıram - ya da köməyiniz çox gec olacaq. Yardım çox gec gəldiyi üçün çoxlu insan həlak olacaq, çoxlu mülki vətəndaş evlərini itirəcək, çoxlu kəndlər məhz buna görə dağıdılacaq".