Donald Trampın həbs qərarı ləğv edilib - YENİLƏNİB
04 Aprel 2023
ABŞ-ın keçmiş prezidenti Donald Trampın qiyabi həbs qərarı ləğv edilib.
Bu barədə CNN məlumat yayıb.
Qeyd edilir ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib.
Daha əvvəl Trampın qiyabi həbs olunduğu xəbər verilib. Bildirilirdi ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.
***
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.
Pressklub.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.
Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.
“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib.
Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.
Qeyd edək ki, Tramp Manhetten dairə prokurorunun ofisinə getməmişdən öncə sosial şəbəkədə belə bir məzmunlu mesaj yazıb: "Aşağı Manhettenə, məhkəmə binasına gedirəm. VAU, nə qədər inanılmaz görünsə də, onlar məni HƏBS ETMƏYƏ hazırlaşırlar. İnana bilmirəm, amma bu, Amerikada baş verir. MAQA!"