Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dollarla bağlı müəmma - Satışı məhdudlaşdırılıb?

"Dollar satışının məhdudlaşdırılması yalnız istisna hallarda və Mərkəzi Bankın qəbul etdiyi müvafiq rəsmi qərar və təlimatlarla ola bilər".

Bunu iqtisadçı Elşən Bağırzadə banklarda dollar satışının məhdudlaşdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, belə bir qərar və ya təlimat yoxdur:

“Belə bir vəziyyətin yaranması üçün hər hansı iqtisadi əsas da yoxdur. Əgər hər hansı bank belə bir addım atıbsa, bu, tamamilə həmin bankın valyuta mövqeyi ilə bağlı ola bilər və bu da istənilən halda müvəqqətidir”.

İqtisadçının fikrincə, belə hallar olubsa da, bunu şişirdərək, bazarda ajiotaj yaratmaq doğru deyil:

“Ölkənin hazırkı makroiqtisadi göstəriciləri bazarda valyuta qıtlığının olmasını istisna edir. Mərkəzi Bank belə hallarda müvafiq açıqlama ilə çıxış etməli, mövcud vəziyyətə aydınlıq gətirməli və bazar subyektlərinin əsassısz gözləntilərini aradan qaldırmalıdır”.