Dollara tələbat niyə artıb və manat üçün risk varmı?
29 Mart 2023
Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96,3 milyon dollar olub.
Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, əvvəlki hərracda sifarişin 47,9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığını görürük:
“Tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir. Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bugünkü hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.
Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da, sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı”.
Millət vəkili qeyd edib ki, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir:
“Amma təbii ki, bu, birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir.
2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub. 2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da, biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir”.