Dneprdə ölənlərin sayı 40-a çatıb
16 Yanvar 2023
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində ölənlərin sayı 40-a, 14-ü uşaq olmaqla yaralıların sayı 75 nəfərə yüksəlib.
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.
Onun sözlərinə görə, 39 nəfər dağıntılar altından xilas edilib. Dağıntılar altında qalanların xilas edilməsi əməliyyatı davam edir.
Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.
Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib.