Logo
news content
User
Kateqoriyalar

Xəbər

DİN xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq edib



Bu gün Nərimanov rayonunda bir nəfər vətəndaşa xarici nömrədən zəng olunaraq "bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa" deyilməklə bank kartının məlumatları istənilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev bildirib ki, kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb və nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Qurum rəsmisi bu kimi hallardan qorunmaq üçün vətəndaşları tanımadıqları şəxslərə bank kartı məlumatlarını ötürməməyə çağırıb: "Müştərisi olduğunuz banklara sizin bank kartı məlumatlarınız lazım deyil".