Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubov təqaüdə göndərilib
16 Dekabr 2025
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Həsən Eyyubov təqaüdə göndərilib.
Qeyd edək ki, bu barədə ilk olaraq unikal.az xəbər yayıb.