Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Türkiyə qrup mərhələsindən çıxmaq şansını itirib

Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.

San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlular" rəqibinə 0:1 hesabı ilə uduzublar.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə yığmasının növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.