Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ–2026-nın finalı harada keçiriləcək? - Məkan bəlli oldu

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ABŞ-nin Nyu-Cersi ştatında yerləşən İst-Ruterford şəhərində keçiriləcək.

Həlledici görüş iyulun 19-da “MetLife Stadium”da baş tutacaq. Final qarşılaşmasını arenanın tutumu qədər - 82,5 min tamaşaçı izləyə biləcək. Üçüncü yer uğrunda oyun Mayamidə, 64 767 tamaşaçı tutumuna malik “Hard Rock Stadium”da keçiriləcək.

Dünya çempionatının açılış oyununda Meksika meydana çıxacaq. Komanda rəqibini iyunun 11-də Mexikodakı 87 523 tamaşaçı tutumuna malik “Asteka” stadionunda sınağa çəkəcək. Turnirə ev sahibliyi edəcək ölkənin rəqibi daha sonra müəyyənləşəcək.

2026-cı ildə keçiriləcək dünya çempionatına üç ölkə - Meksika, ABŞ və Kanada ev sahibliyi edəcək. Meksika üçüncü dəfədir ki, öz ərazisində belə bir turniri qəbul edəcək. Yarış buna qədər 1970 və 1986-cı illərdə keçirilib. Bu, Kanada üçün ilk Dünya Kuboku olacaq; oyunlar Vankuver və Torontoda keçiriləcək.

2026-cı il dünya çempionatı ilk dəfə 48 milli komandanın (əvvəllər 32 komanda) iştirakı ilə keçiriləcək. Turnirdə ümumilikdə 104 qarşılaşma baş tutacaq.

Hazırkı dünya çempionu Argentina millisidir.