Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Fransa ilk yarımfinalçı olub

Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.

Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.