DÇ-2026: Braziliya Mərakeşlə bərabərə qalıb
14 İyun 2026
Futbol üzrə dünya çempionatında Braziliya Mərakeşlə üz-üzə gəlib.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 05:00-da Haiti və Şotlandiya komandaları arasında keçiriləcək.