Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daşınmaz əmlak bazarının son vəziyyəti necədir?

Hazırda kirayə mənzil bazarında ciddi dəyişiklik müşahidə olunmur. Qiymətdə nə artım, nə də azalma da müşahidə olunur. Yəni bir sözlə vəziyyət sabitdir. Səbəb isə məlumdur.

Kirayə mənzil bazarında adətən dinamik dəyişiklik iyun-sentyabr ayları aralığında olur. Burada isə tələbələr əsas rol oynayır.

Son 2 ildə pandemiya ilə əlaqədar tədrisin məhdudlaşdırılması və digər inzibati qərarların qəbulu həmin tendensiyanı bir qədər dəyişdi. Bu il ərzində də oxşar tendensiyanın müşahidə ediləcəyi gözlənilir.

Buna görə hazırkı anda kirayə mənzil bazarındakı ümumi vəziyyəti dəyişməz olaraq qiymətləndirmək olar.

Torpaq bazarındakı duruma gəldikdə, artıq əvvəlki illərdən fərqli olaraq sənədsiz torpaq sahələrinə olan maraq getdikcə azalır. Çünki qanunvericilikdəki müəyyən dəyişikliklər nəinki fərdi yaşayış evlərinin, hətta digər istiqamətlər üzrə tikintini də daha çox sənədli torpaq sahələrinin üzərində həyata keçirməyə imkan və şərait yaradır.

Adətən yaz və payız mövsümündə torpaq sahələrinə tələbatın artımı müşahidə olunur. Belə olduğu təqdirdə isə qiymətlər qalxır.

O ki qaldı pandemiyanın daşınmaz əmlak bazarına təsirinə, həmin proseslə bərabər Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması və işğal altında olan torpaqlarını azad etməsi nəticəsində zərərsiz ötüşməyinə şərait yaratdı.

Bir sözlə, qarşıdakı illərdə daşınmaz əmlak bazarında artan dinamika müşahidə ediləcək. Bazara pul axınlarının, alğı-satqı əməliyyatlarının sayının artımı buna birbaşa olaraq səbəb olur.