Daşaltıda iki nəfər minaya düşüb
09 Dekabr 2021
Baş Prokurorluğun Mətbuat xidməti dekabrın 9-u Şuşa rayonu ərazisində iki nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Məlumata görə, prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyevin qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşməsi nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.