Logo
news content
User
Kateqoriyalar

Xəbər

Danimarka və Almaniyaya qaz nəqli dayandırıldı - Rusiya "va-bank"a gedir

Rusiyanın “Qazprom” şirkəti Danimarka və Almaniyaya qaz nəqlini tam olaraq dayandırıb.

“TASS” xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.

Bildirilir ki, Rusiya şirkəti Danimarkanın “Orsted Salg & Service A/S” və Almaniyanın “Shell Energy Europe” şirkətlərinə qaz tədarük etməyəcək. Buna səbəb isə sözügedən şirkətlərin Rusiya qazına görə rubl ilə ödəniş etməməsi olub.

Qeyd edək ki, “Qazprom” şirkəti aprelin 1-dən etibarən Rusiyaya qeyri-dost münasibəti nümayiş etdirən ölkələrdən qaza görə ödənişləri rubl ilə qəbul etməyə başlayıb.