Danilov: "Ukraynanı Koreya kimi bölmək istəyirlər, amma bu, alınmayacaq"
10 Fevral 2023
"Bu gün bəzi fiqurlar gizli şəkildə çox ciddi işlər görürlər. Onlar bizə Şimali Koreya ilə Cənubi Koreya arasında olan 38-ci paralellə bağlı variantı təklif etməyə çalışacaqlar. Bu, heç vaxt baş verməyəcək".
Bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
O vurğulayıb ki, Konstitusiyaya görə, Ukrayna vahiddir, unitardır və bu, belə də qalacaq:
“Biz Krım daxil olmaqla, ərazilərimizi azad edəcəyik, torpağımıza soxulan rus şərini buradan çıxaracağıq. Bu gün özlərini siyasi texnoloq adlandıran medvedçuklar, müxalif platformanın, daxili cəbhənin üzvləri fəallaşıblar. Onlar bu məsələ ilə məşğul olmağa, danışıqlar aparmağa, görüşlər keçirməyə çalışırlar. Yalnız onu deyə bilərəm ki, bu, heç vaxt baş verməyəcək. Biz bunu etməyəcəyik, cəmiyyətimiz heç vaxt ölkəmizin parçalanmasına razı olmayacaq”.
Danilov həmçinin vurğulayıb ki, Rusiya ötən ilin oktyabrından əvvəlki dövrədək Baxmutu tutmağı çox istəyirdi:
“Onlar buna nail ola bilmədilər. Bu ilin fevral ayında isə bu istiqamətdə xeyli sayda silah, hərbçi toplayıblar, çünki onlar bir tarix müəyyənləşdiriblər və bu, onlar üçün simvolik məsələdir. Bəli, orada vəziyyət çətindir. Biz həftədə 2-3 dəfə Ali Baş Komandan Qərargahının iclasını keçiririk. Bu iclaslara son üç aydır ki, Baxmut istiqamətindəki vəziyyətlə başlayırıq, çünki Baxmut bizim üçün ölkəmizin digər yaşayış məntəqələri kimi, çox vacibdir. Əgər hərbçilər hər hansı bir səbəbə görə qərara gəlsələr ki, üç addım irəli getmək üçün bir addım geri çəkilməliyik, biz bunu edəcəyik”. (Report)