Logo
news content
User
Kateqoriyalar

Xəbər

Danilov: “Bir neçə həftə ərzində “Leopard” tankları Ukraynada olacaq”

“Bir neçə həftə ərzində “Leopard” tankları bizdə olacaq”.

“RBK Ukraina” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

O bildirib ki, proses sürətlə gedəcək.

Qeyd edək ki, daha əvvəl Polşa Ukraynaya “Leopard”ları verməyə hazır olduğunu açıqlamışdı.

Xatırladaq ki, yanvarın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski Lvovda Polşa və Litva liderləri Anjey Duda və Gitanas Nauseda ilə görüşüb. Dövlət başçıları Lyublin üçbucağının prezidentlərinin birgə bəyannaməsini imzalayıblar.