Daha 3 itkin şəhidin qalıqları tapıldı - 33 il sonra
06 May 2026
Füzuli rayonundan olan üç nəfərin taleyinə 33 ildən sonra aydınlıq gətirilib.
Uzun illər itkin kimi qeydə alınan 3 Füzuli sakinin qalıqları aşkarlanıb.
Sadıqov Zaur İmamqulu oğlu 1973-cü ildə rayonun İşıqlı kəndində anadan olub və 1993-cü il iyulun 22-də itkin düşmüşdü.
.jpg)
Həziyev Ələddin Həzi oğlu eyni ildə həmin kənddə doğulub, 93-cü ilin iyulun 2-də itkin düşmüşdü.
.jpg)
Cəfərov Rafiq Şakir oğlu isə 1973-cü ildə Aşağı Əbdürrəhmanlı kəndində doğulmuş və 1993-cü il avqustun 23-də itkin düşmüşdü.
.jpg)
Bildirilir ki, onların nəşinin qalıqları mayın 15-də torpağa tapşırılacaq.