Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha 22 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressklub.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.

Ölkədə son sutka ərzində 1485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.