Dağlardan küskün, yurd həsrətli, əyriliyə dözməyən tərs adamın KƏDƏRLİ HEKAYƏTİ
26 Yanvar 2023
Laçın işğaldan azad olunanda insanlar əvvəl Şəhidlər xiyabanını, sonra onun məzarını ziyarət etdilər. Doğulub böyüdüyü cənnət Laçının işğalda olduğu vaxtlar “Laçınım” mahnısını necə yana-yana oxuyurdusa, dinləyən hər kəs o yanğını öz içində hiss edirdi. Elə həmin yanğı ilə də tərk etdi dünyanı, Laçına qovuşmadan. İnsanlar onun məzarı başına gedib Laçının azad olunması xəbərini məzar daşına pıçıldayıb, birlikdə sevinməyi borc bildilər.
Söhbət adının mübaliğəyə ehtiyacı olmayan Məhəbbət Kazımovdan gedir. Sənədə görə adı Möhübbətdir. O vaxt rayon yerlərində kənd sovetində adının sənəddə necə yazılmağı kənd sovetində işləyən kiçik məmurun savadından asılı idi.
Gah beşikdir, gah məzardır,
Yerin gen olmaz…
Möhübbət Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində kolxozçu Allahverdi ilə evdar qadın Südabənin ailəsində dünyaya gəlib. Kasıbın uşağı çox olar, ailədə yeddi bacı, beş qardaş olublar. Məhəbbət evin sonbeşiyi idi. Orta məktəbi Şamkənd orta məktəbində oxuyub. Elə kiçik yaşlarından məktəbdə, ailədə bacı-qardaşlarından da istedadı ilə seçilib. Boğazındakı şirin xırdalıq müəllimlərinin diqqətindən yayınmayıb, məktəb tədbirlərində Məhəbbət oxumasa, o tədbir uğurlu sayılmazmış. Müəllimlərin, qohumların, onun səsini eşidənin-bilənin təkidi ilə Məhəbbət 1974-cü ildə Bakıya gəlib, Asəf Zeynallı adına musiqi texnikumuna (indiki musiqi kolleci) qəbul olunur. İlk musiqi təhsilini Nəriman Əliyevdən alıb, sonra da Ağaxan Abdullayevin sinfində oxuyub.
1976-cı ildən peşəkar səhnəyə ayaq açan müğənni ilk vaxtlar “Dan ulduzu” ansamblının solisti kimi qastrollarda bütün dünyanı gəzib. Tez bir zamanda şöhrəti dadıb, amma bir ömür boyu onun əsiri olmayıb. Həmişə sadə camaatın içində olmağı sevirdi. Rayon toylarında, xüsusən doğma Laçın toylarında Məhəbbət Kazımov ən arzulanan və heç vaxt o toylara imtina etməyən müğənni idi. Yaxşı qazanırdı, qazanc onun üçün ilk növbədə deyildi, əvvəl dostluq, qohumluq, el-oba, ən sonda qazancı fikirləşən sənətkardı. İmkansız adamlara qiymət oxumazdı, onların da toyuna gedərdi, özü deyirdi ki, ən çox qazanc da elə o toylardan olurdu. “Kasıb camaat başıma şabaşı səxavətlə səpir, onların qəlbi böyükdür, dərdlidirlər, musiqidə, onun sözlərində özlərini tapırlar”.
Əllərim göydədir, ayağım yerdə,
Qalmışam yer ilə göy arasında…
Xəyalım göydə, fikrim yerdə,
Qalmışam yer ilə göy arasında…
Azərbaycanın hər yerində solo-konsertlər verib. Camaat Məhəbbət Kazımovu çox sevirdi. Bir Səxavət Məmmədovun, bir də Məhəbbət Kazımovun boğazındakı xırdalıqlar hər müğənnidə yoxdur, fərqlidir. Hər ikisinin səs tembri, ifası, boğazı bir birindən də fərqli və bənzərsizdir. İkisi də xalq adamı idi. İkisinin də iş yerləri el-oba toyları olardı. Məhəbbət Kazımov Türkiyədə, Rusiyada, İranda, dünyanın çox yerlərində olub, Azərbaycana, Laçına isə hədsiz bağlı idi.
Laçın toylarından birində bəyənmişdi həyat yoldaşını. 1990-cı ildə 37 yaşında subaylığın daşını onu görəndən sonra atdı. Üç övladları var.
80-ci illər 90-cı illərin əvvəlləri onun fəaliyyətinin qızğın vaxtları idi, populyarlığın da zirvəsi. Məhəbbət Kazımov heç vaxt mənasız sözləri olan mahnını oxumazdı. Xüsusi önəm verərdi sözə, çünki musiqinin içində danışardı Məhəbbət Kazımov, söz deyirdi, fikir çatdırırdı. Onun təhsil aldığı, sənətdə püxtələşdiyi dövr sənətə qiymət verilirdi. Sənəti olmayan toylarda oxuya bilərdi, amma efir onun yeri deyildi. Xalqa sənət və sənətkar efirdən söz deyə bilərdi. Zaman dəyişdi, indi efirə çıxmaq üçün sənətinin olması vacib deyil, pulun varsa kifayətdir. Təbii ki, bu hal sənətin səviyyəsinə təsir etdiyi kimi, sənətkarı da əzir, mənəvi tənəzzülə uğradır. Üstəlik, doğma Laçının işğal olunması Məhəbbət Kazımova təsirsiz ötüşmədi.
Haray, haray, göylər, haray-dedi.
Sizə yaxşı deməzlər, mən ölsəm bu dağ ilə, vətən həsrəti ilə -deyə haray çəkdi muğamında.
90-cı illərin əvvəli idi, Qarabağın, Laçının, Cəbrayılın işğalını qəlbimizdə iniltili ağrı kimi yaşayan iki müsahib söhbət edirik, Məhəbbət Kazımovla mən. Sənətdən, sənətkardan, dövrün təlatümlərindən söhbət gəlib çıxdı Laçınlı günlərə. Danışdı, qəhər boğazında düyünləndi, gözlərini qaçırtmağa çalışdı, görəndə ki, mən ondan betər günə düşdüm, gizlətməyə lüzum görmədi. İki yaralı qarabağlı qoşulub bir birimizə ağladıq. Ağlamaq deyildi ki, o, qəlbimizdəki qübar bağlamış yurd nisgilinin yaşa dönüb gözdən axması idi.
Qartal olub göylərində uçum mən,
İlan olub yerlərində sürünnəm.
Yağış olub göylərindən çillənnəm,
Yaxıb-yandıranım, Laçınım mənim.
Ansamblının adını “Laçın” qoyub, onunla məmləkəti qastrola çıxırdı. Hamı da ondan məhz “Laçınım!” mahnısını gözləyirdi.
Ağlayan-çağlayan Həkəri həsrəti…
Sevincim-kədərim Laçınım mənim...
Oxumurdu qovrulurdu, yanırdı, tüstüsü görünmürdü.
Tərs adamdı, öz dediyindən dönməyən adamlara bizim eldə belə deyirlər. Çətindir tərs adam olmaq, hər adamın işi deyil, çünki onun tərkibində dediyindən dönməmək var. Zəmanəmizdə adamı öz dediyindən elə döndərərlər ki…tərs adam isə dönməz. Dönməz və bu ona çox baha başa gələr.
İndi məndən küs, görüm,
Yersiz umu-küsünün dağlar boyda dağı var…
Ona görə son illər əsəbidir, hirslənib verilişlərdən çıxıb gedir - deyirdilər. “Sənətdən danışacayıq” – deyib, gətirib sənətə aidiyyatı olmayanların əhatəsinə salırdılar, qəbul edə bilmirdi. Onun məclisi olmurdu. Küsmüşdü həyatdan, insandan, dostdan, tanışdan, bircə sənətlə idi və o sənəti ətrafda hamıya qısqanırdı, hifz etməyə çalışırdı.
Müxtəlif müğənnilərlə duetlər oxuyub, amma yalnız öz dəvət etdikləri ilə. Könül Kərimova, Fədayə Laçın əslində laçının ağrısını ağız-ağıza verib oxumaq üçün dəvət olunmuşdu. Hər ikisi ilə uğurlu layihələri oldu. Biz duet oxuyan sənətkarlara da söz qoşuruq, yaxşı söz qoşan millətik. Məhəbbət Kazımov, sadəcə, harda imkanı çatırdısa, yurdu işğal olunmuş insanların çörək pulu qazanması üçün əl uzadırdı.
İnsan nə qədər hər addımında insanları düşünər, özünü yox. Düşünməz və yüksək şəkər, təzyiq qazanar. Üstünə yıxılmış “dağlar boyda dağdan” qurtulmaq üçün içkiyə sarılırdı, qaraciyər də sıradan çıxdı.
Həkimlər ona oxumağı qadağan etdilər. Oxumurdu axı, elə ürəkdən oxumaq olmaz, Məhəbbət Kazımov nalə çəkirdi. Ona görə “Bəstə Nigar” özünün sevimlisi idi. Həyatın bütün sitəmlərindən “Bəstə Nigar”a sığınırdı. Həyatın ona sitəmi haqqın nahaqqa enməsi, ağın qaraya təslimi, şərin xeyir üzərindəki haqsız qələbəsi idi. Həyatı belə qəbul edə bilmirdi.
Yaman durub qəsdə nigar
Bəstə nigar, bəstə nigar…
Oxumaya bilməzdi, oxumasa, daha tez köçərdi bu ədalətsiz dünyadan. Oxudu, son günlərində efirlərə daha çox çıxırdı, dəvətləri imtina etmirdi, elə bil itirdiyi günlərin yerini doldurmaq istəyirdi, oxuyurdu. Sifətinin şişkinliyindən orqanizmindəki təlatümlər bəlli olurdu. Axıra qədər oxudu, ona oxuma demək cinayət idi, qətlinə fərman vermək idi.
Könlümə inam verdi bir nəğmənin bəstəsi,
Gözlərim səni gördü, oldum illər xəstəsi.
Sənə könül dərdimi çoxu bilmir,
Sənsiz qalıb ağladım, gözlərim yuxu bilmir.
Şəkər, təzyiq, qaraciyərin problemi, oxuyurdu, içirdi, elə bil qadağalara məhəl qoymamaqla yaşadığı qəfəsdən çıxmağa, qanad açıb uçmağa can atırdı. Dağlar onu çağırırdı,
Allah, Allah nə nalədir,
Dağ oyanmış şəlalədir,
Eh… bu qəm mənə həvalədir,
Yəqin dağlar küsüb məndən.
2014-cü il yanvarın 27-si adı günlərdən biri idi, qrip olmuşdu. Nə həkimə gedib, nə də təcili yardım çağırmağa razılıq verib. Deyib qoyun istirahət edim. İstirahətə ehtiyacım var. Səhər çay içdiyi yerdə, yıxılır və heç vaxt yıxılmayan adam üçün bu ilk və son yıxılmaq olur, əbədi istirahətə yollanır, ruhu heç ayrılmadığı dağlara üz tutur.
Cismini öz mahnılarının, “Laçınım” sədaları bir də onu sevənlərin, duyanların göz yaşları ilə altında Xırdalan məzarlığında torpağa tapşırırlar.
Beləcə bir ömrün son mənzilinə,
Ey, ana torpağım, sən ötür məni.
Özümə deyirəm sağ ol, əlvida
Özümə deyirəm uğurlar olsun…
Laçın işğaldan azad olunanda insanlar əvvəl Şəhidlər xiyabanını, sonra onun məzarını ziyarət etdilər. Doğulub böyüdüyü cənnət Laçının işğalda olduğu vaxtlar “Laçınım” mahnısını necə yana-yana oxuyurdusa, dinləyən hər kəs o yanğını öz içində hiss edirdi. Elə həmin yanğı ilə də tərk etdi dünyanı, Laçına qovuşmadan. İnsanlar onun məzarı başına gedib, Laçının azad olunması xəbərini məzar daşına pıçıldayıb, birlikdə sevinməyi borc bildilər...