Logo
news content
User
Kateqoriyalar

Xəbər

Conson onlara da əl atdı - Serb liderlər TƏLAŞDA

Bosniya və Herseqovinanın serb liderləri də Boris Consonun rəhbərlik etdiyi Böyük Britaniya hökumətinin sanksiyaları ilə üzləşib.

Bu barədə Britaniya hökumət saytında məlumat dərc edilib.

Belə ki, Böyük Britaniya bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü Milorad Dodik və Serb Respublikasının Prezidenti Zeljka Cvijanoviçə Bosniya və Herseqovinada sabitliyi pozan fəaliyyətlərinə görə sanksiya tətbiq edib.

Sanksiyalar çərçivəsində onlara səyahət qadağaları qoyulacaq, eyni zamanda aktivləri dondurulacaq.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, bu siyasətçilər regionda sülhü pozur:

"Bu iki siyasətçi Bosniya və Herseqovinada çətin qazanılmış sülhü qəsdən pozurlar. Onların Putin tərəfindən təşviq edilən ehtiyatsız davranışı Qərbi Balkanlarda sabitliyi və təhlükəsizliyi təhdid edir. Bu sərt sanksiyalarla sülh düşmənlərinin məsuliyyətə cəlb olunacağını bir daha göstəririk".