Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çində kimya zavodunda partlayış baş verib, ölən və itkin düşənlər var

Çinin Şandun əyalətində "Shandong Gaomi Youdao Chemical Co., Ltd." kimya zavodunda güclü partlayış baş verib.

CCTV-n məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 19 nəfər yaralanıb, daha 6 nəfər itkin düşüb. Partlayışın nəticələrinin aradan qaldırılması üçün 232 xilasedici və 55 texnika cəlb edilib.

Çinin fövqəladə halların idarə edilməsi üzrə naziri Van Syansi yanğının tez bir zamanda söndürülməsi, araşdırma və axtarış-xilasetmə işlərinin aparılması üçün peşəkar qüvvələrin təşkil edilməsini, həmçinin yaralıların müalicəsi üçün tibb mütəxəssislərinin cəlb edilməsini tələb edib.

“Shandong Gaomi Youdao Chemical Co., Ltd.” zavodunda pestisidlər, tibbi preparatlar istehsal edilir. Müəssisədə 500-dən çox işçi çalışır.