Çin də Rusiyaya "Dur!" dedi
27 Mart 2023
Çin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə qarşıdır.
Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin martın 27-də keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, 2022-ci ilin yanvarında nüvə silahına malik 5 dövlətin liderləri nüvə müharibəsindən yayınmaqla bağlı birgə sənəd imzalayıb.
“Orada qeyd olunub ki, nüvə müharibəsinin qalibi olmayacaq”, - XİN rəsmisi vurğulayıb.
Mao Ninin sözlərinə görə, hazırkı şəraitdə bütün tərəflər diplomatik səylərini Ukrayna böhranının sülh yolu ilə həllinə yönəltməli və vəziyyətin aradan qaldırılmasına birgə töhfə verməlidir.
Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano da martın 27-də keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi Avropanın təhlükəsizliyini birbaşa təhdid edər və gərginliyi artırar: “Biz Belarusun bunun gündəlikdə olduğunu və ya olacağını təsdiqlədiyini görməmişik. Amma bu baş verərsə, əlbəttə, ağır nəticələri də olacaq”.
P.Stano Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı bəyanatına belaruslu həmkarı Aleksandr Lukaşenkonun reaksiyasını gözləməyə çağırıb.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.