Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

XİN-in mətbuat xidməti bildirib ki, nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.

Xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin zəruriliyi təsdiqlənib.

Qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.