Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov: “Avropa İttifaqının missiyası isə narahatlıq doğurur”

Azərbaycan üçtərəfli sazişlər çərçivəsində Laçın yolu ilə nəqliyyat və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək öhdəlyi götürüb və bu öhdəlik yerinə yetirilir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla danışıqlardan sonra brifinq zamanı bildirib.

"Azərbaycan hakimiyyətinin, Azərbaycan vətəndaş cəmiyyəti fəallarının legitim tələblərinə gəlincə, onlar yerinə yetirilməlidir. Bundan ötrü müxtəlif mexanizmlər var, onlardan birini Sergey Viktoroviç artıq qeyd etdi – bu, əlavə texniki nəzarətdir", - Bayramov deyib.

Azərbaycan bütün məsələləri aradan qaldırmaq üçün Ermənistanla Azərbaycan arasında sərhədin hər iki tərəfində sərhəd -nəzarət məntəqələrinin yaradılmasını təklif edib. "Azərbaycan prezidenti bu təklifi Münhen Təhlükəsizlik Konfransı zamanı irəli sürüb Bu, şəffaflığın təmin olunmasına və gərginliyin aradan qaldırılmasına imkan verərdi", - Bayramov qeyd edib.

Avropa İttifaqının Ermənistandakı missiyasına toxunan azərbaycanlı nazir  deyib ki, tərəflər ilk belə missiyanı 2022-ci ilin dekabrında 2 ay müddətinə razılaşdırıblar. Bu, etimadın möhkəmləndirilməsi, həmçinin sərhədin delimitasiyası prosesinə töhfə vermək məqsədilə yaradılmışdı.

"Təəssüf ki, bu missiya nə birinci, nə də ikinci funksiyanı yerinə yetirmədi. Biz bu istiqamətdə heç bir addım görmədik. Üstəlik, gördük ki, bu missiyanın yaranması ilə erməni tərəfinin mövqeyi danışıqlar prosesinin bütün bəndləri üzrə destruktiv oldu", - Bayramov deyib.

Azərbaycan sərhədində belə missiyanın olması narahatlıq doğurur, çünki bu, Azərbaycanın maraqlarına toxunur, Bayramov vurğulayıb.