Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO

Türkiyə millisinin futbolçu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” klubu Asiya Çempionlar Liqasının qalibi olub.

Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğuru möhtəşəm mərasimlə qeyd edərkən, Merih Demiralın meydana çıxışı xüsusilə diqqət çəkib.

Türkiyəli müdafiəçi çempionluq şənliyində meydana məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olub.

Onun bu seçimi azarkeşlər tərəfindən maraqla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, mahnının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aiddir. Mahnı bir çox ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə Azərbaycanın Xalq artisti Azərinin ifasında xüsusən məşhurdur. (Qafqazinfo)