Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: Sonuncu dəqiqəqə gələn qələbə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Gecənin maraqlı matçı Fransada PSJ və İspaniya "Real Madrid"i arasında baş tutub. "Park-de-Prens" stadionunda oynanılan görüşün taleyini 1 qol həll edib.

Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb. 62-ci dəqiqədə Paris klubunun argentinalı hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.

Gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olub. "Şəhərlilər" rəqibini 5:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində qolları 7-ci dəqiqədə Riyad Mahrez, 17 və 44-cü dəqiqələrdə Bernardu Silva, 32-ci dəqiqədə Fil Foden və 58-ci dəqiqədə Rahim Sterlinq vurublar.

Komandalar arasında cavab matçları martın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.