Çempionlar Liqası: "Milan" Milanda qələbə qazana bilmədi
11 May 2023
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bu raundun ikinci matçında İtaliya "Milan"ı eyni şəhərin digər təmsilçisi "İnter"i qəbul edib. "San Siro" stadionundakı görüş nominal qonaqların qələbəsi ilə başa çatıb.
Hesabı 8-ci dəqiqədə Edin Ceko açıb. Cəmi 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topun meydan sahiblərinin qapısından keçirib. 31-ci dəqiqədə Milanın eyniadlı təmsilçisinin qapısına penalti təyin edən matçın baş hakimi Xesus Hil Mansano VAR-a baxdıqdan sonra qərarını ləğv edib.
Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
23:00. "Milan" (İtaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar: Edin Ceko, 8. Henrix Mxitaryan, 11
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, "San Siro" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i evdə İngiltərənin "Mançester Siti" klubu ilə 1:1 hesablı heç-heçə edib.