Çempionlar Liqası: Bu gün daha 2 oyun keçiriləcək
16 Fevral 2022
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Gecənin ən maraqlı görüşü İtaliyada olacaq. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edəcək. "Cuzeppe Meatsa" stadionunda oynanılacaq görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Meydan sahiblərinin heyətində Nikola Barella cəzalı, Xoakin Korrea zədəli olduğu üçün oyunu buraxacaq. Alessandro Bastoninin meydana çıxması da sual altındadır. Qonaqlarda isə iki futbolçunun oynayıb-oynamayacağı dəqiq deyil. Bunlar Co Qomes və Divok Origidir.
Gecənin digər oyununda Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq.
Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, müdafiəçi Yosip Stanişiç, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Camal Musiala zədəli olduqları üçün oynamayacaqlar. Zaltsburq təmsilçisində isə Bernardo, Zlatko Yunuzoviç, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
16 fevral
00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
00:00. "Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Bu raundun digər görüşləri fevralın 22-si və 23-də baş tutacaq.