Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda

Çempionlar Liqasının 1/4 final mərhələsinə keçən iki komandanın adı bəlli olub. "Barselona" və "Arsenal" növbəti mərhələyə vəsiqə qazanıblar.

İspaniyanın “Barselona” klubu öz meydanında İtaliyanın “Napoli” komandasını qəbul edib. Qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən"Barselona" "Napoli"yə 4:2 hesabı ilə qalib gəlib.

İngiltərənin “Arsenal” komandası isə öz meydanında Portuqaliyanın “Portu” klubunu qəbul edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. 41-ci dəqiqədə belçikalı vinger Leandro Trossard fərqlənib. Beləliklə, iki oyunun yekununa əsasən ümumi hesab bərabərləşib - 1:1. Əlavə vaxtda qol vurulmayıb. "Arsenal"ın futbolçuları penalti seriyasında daha güclü olublar - 4:2.