Cəmi bir dəfə taxılacaq möhtəşəm tac - FOTOLAR
01 May 2023
Mayın 6-da günorta saatlarında əsrlər boyu davam edən tacqoyma mərasiminin bir hissəsi olaraq Müqəddəs Edward-ın tarixi Tacı Kral III Charles-ın başına qoyulacaq. O, tacı bir saatdan az müddətə taxacaq və bu, bir daha təkrar olunmayacaq.
Gəlin bu unikal taca və onun roluna yaxından nəzər salaq.
Charles anasının vəfatından dərhal sonra Kral elan olunsa da, tacqoyma onun hakimiyyətinin başlanğıcını simvolizə edən qədim mərasimdir.
Bu, həm də yalnız tacqoyma mərasimi zamanı taxılan qiymətsiz Müqəddəs Edward-ın Tacının nadir sərgilənməsi olacaq.
Tac 360 il əvvəl 22 karatlıq sərt qızıldan hazırlanıb. Onun hündürlüyü təqribən 30 sm, çəkisi isə 2.23 kiloqramdır ki, bu da təxminən iki ananas, böyük bir yemiş və ya iki litrlik su butulkasının ağırlığına bərabərdir.
Müqəddəs Edward-ın Tacı sonuncu dəfə 1953-cü ildə keçirilən tacqoyma mərasimi vaxtı Kraliça II Elizabeth-ın başına qoyulub və tac 70 ildə nadir hallar istisna olmaqla, London Qəsrində saxlanılıb.
İllər sonra bir sənədli filmin çəkilişi vaxtı tacı əlinə alan Kraliça "Hələ də ağırdırmı?" sualına cavabında "Bir ton ağırlığındadır" deyib.
Tarixçi Charles Farris
Tac, əksəriyyəti açıq mavi və mavi-yaşıl akvamarin olmaqla, 444 qiymətli daşla, o cümlədən sapfir, yaqut, ametist və böyük dəyərə malik topazlarla bəzədilib. Onları mina və qızıl əhatə edir.
Tacdakı daşları əvvəllər çıxarmaq olurdu və onları xüsusilə tacqoyma mərasimləri üçün yerinə taxırdılar.
Qiymətli daşlar yalnız 20-ci əsrdə daimi olaraq taca qoyulub.
Tac 1661-ci ildə II Charles üçün hazırlanmışdır. Amma o, anqlo-sakson kralı və müqəddəs Edward Etirafçıya məxsus olan daha əvvəlki tacın adını daşıyır. Başında məhz bu tac olan kralın təsvirini 11-ci əsrin məşhur Bayeux qobelenində görmək olar.
Müqəddəs bir yadigar sayılan Edward-ın Tacından yüz illər boyu tacqoyma mərasimlərində istifadə edilib.
Lakin o, 1600-cü illərdə Kral I Charles-ın Oliver Cromwell tərəfindən edamından sonra əridildi.
Cromwell-in ölümündən sonra monarxiya bərpa olundu və II Charles Müqəddəs Edward-ın Tacı və yeni dövlət tacı da daxil olmaqla, yeni daş-qaş dəstini sifariş verdi (Yuxarıdakı fotoya baxın).
Müqəddəs Edward-ın Tacında daş-qaş sayının çox az olduğu güman edilir. Tarixçi Anna Keay-a görə, II Charles-in versiyasında 500 funt sterlinq dəyərində icarəyə götürülmüş brilyantlar və başqa qiymətli daşlar var idi. Bu, indiki qiymətlə təxminən 75,000 funt sterlinq olardı.
Tacın çənbərində dörd xaç və dörd heraldik zanbağın təsviri var və onun üstündə iki tağ bir araya gəlir.
Tağların səthi əvvəlki süni mirvariləri əvəz edən xırda qızıl muncuqlarla döşənib.
Tacın yuxarı hissəsində sallanan muncuqlarla bəzədilmiş xaç və kralın hakimiyyətini təmsil edən qızıl kürə (monde) var.
Tac 1661-ci ildə hazırlansa da, Kral III Charles Müqəddəs Edward-ın Tacını taxacaq sayca yeddinci monarx olacaq.
Müqəddəs Edward-ın Tacını II Charles-in xələfləri - 1685-ci ildə II James və 1689-cu ildə III William taxıb. Ancaq dəb və zövqlərin dəyişməsinə görə, tacdan 200 ildən çox müddət ərzində tacqoyma mərasimlərində istifadə olunmayıb.
Kral VII Edward onu 1902-ci ildə taxmağı planlaşdırmışdı və taca xüsusi tərzdə əl gəzdirilmişdi - lakin tacqoymadan əvvəl o, xəstələndi və daha yüngül olan dövlət tacından istifadə etdi.
V George da tacdan istifacə etdi və tac onlarla akvamarin də daxil olmaqla, qiymətli daşlarla bəzədildi.
Qiymətli daşlar üzrə ekspert Kim Rix deyir ki, tacın ilk variantında akvamarinlər olmasa da, onlar 20-ci əsrin əvvəllərində Faberge kimi kral zərgərlərinin çevrəsində populyar idi.
Bu ənənəyə VI George da əməl etdi və nəhayət, Kraliça II Elizabeth də ondan istifadə etmiş ən sonuncu monarx idi.
Tacın kənarı aristokratlar arasında status simvolu sayılan qaraquyruq gəlincik xəzi ilə işlənmişdir.
Tacın ön hissəsini arxadan ayırd etməyin ən asan yolu daşların rənglərindəki fərqdir, lakin bu, keçmişdə çaşqınlığa səbəb olub.
Deyilənə görə, VI George-un tacqoyma mərasimi ərəfəsində ön tərəfi arxadan ayırmağı asanlaşdırmaq üçün tacın üzərinə qırmızı ip bağlanmışdı, lakin mərasimə az qalmış o, təsadüfən çıxarıldı.
"Tacın doğru taxılmasına əmin olmaq üçün hər cür tədbir görmüşdüm, lakin dekan və arxiyepiskop onunla o qədər oynadılar ki, bunun düz olub-olmadığını heç vaxt başa düşə bilmədim", - Kral daha sonra yazmışdır.
Tac nadir hallarda sərgilənsə də, onun təsviri tanış gələ bilər.
Onun fərqli siluetinin stilizə edilmiş təsvirini Britaniya pasportlarındakı gerbdən, polis nişanlarında, Kral Poçt Xidmətinin (Royal Mail) məktub qutuları və furqonlarının üzərində görmək olar. Sosial mediada, Twitter-də tacqoyma mərasiminə bağlı həşteqdən istifadə etdikdə postlarda avtomatik olaraq tac emojisi görünür.
Kraliça II Elizabeth-in hakimiyyəti dövründə Müqəddəs Edward-ın Tacı əsas kral simvolu idi. Charles isə hakimiyyətinin rəmzi kimi fərqli tac seçib. Lakin bu, Müqəddəs Edward-ın Tacının əhəmiyyətini azaltmır.
Crown & Sceptre kitabının müəllifi Tracy Borman deyir ki, tac "monarxiyanın həm möhkəmliyi, həm də davamlılığını təmsil etməsi" barədə açıq bir mesaj göndərir.
Tarixi Kral Saraylarının ictimai tarixçisi Charles Farris deyir ki, bu tacın tacqoyma anında istifadəsi çox əhəmiyyətlidir.
Tarixçi Charles Farris
Mayın 6-da keçiriləcək tacqoyma mərasimi Müqəddəs Edward-ın Tacını görmək üçün nadir fürsətlərdən biri olacaq.
Bundan sonra, Müqəddəs Edward-ın Tacı növbəti kralı gözləmək üçün yenidən London Qəsrinə qayıdacaq. (BBC)

Onun ölçüsünə və əzəmətinə heyran olmaya bilməzsiniz

Gördüyünüz kimi, ön və arxa hissəsi demək olar ki, eynidir.

O, həqiqətən də bu inanılmaz obyektin sehrini artırır