Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları geri qaytarılıblar

Ukraynada müharibəyə göndərilmək məqsədilə Çeçenistanda saxlanılan üç nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə bildirib ki, Azərbaycan vətəndaşları Elxan Əkbər oğlu Şirinov (1975-ci ildə anadan olub), Vüqar Nazim oğlu Məhərrəmov (1982-ci il) və Nihad Tapdıq oğlu Rzayevin (2004-cü i) saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyi və digər aidiyyati qurumlar ilə danışıqlar aparılıb.

Nəticədə, sentyabrın 21-də sözügedən vətəndaşlarımızın Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib.