Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəbrayılda “KamAZ” buraxılacaq

Bu ilin ikinci rübündə Cəbrayıl rayonunda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, servis mərkəzi yük avtomobillərinə və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək.

"Layihənin bünövrəsi 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda qoyulub. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilir. Mərkəzin planlaşdırılan istismara verilmə tarixi 2022-ci ilin ikinci rübüdür", - deyə Aleksey Overçuk qeyd edib.