Çavuşoğludan gözlənilməz bəyanat - Rusiya NATO üçün təhdiddir
20 Fevral 2023
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gözlənilməz bəyanatla çıxış edib. Rusiya-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasına baxmayaraq, o, Rusiyanı təhdid adlandırıb.
Pressklub.az xəbər verir ki, Çavuşoğlu bəyan edib ki, br terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil.
O bunu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.
M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır.