Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cavid Qurbanov sədrlikdən azad edilib, nazir müavini təyin olundu

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev Samir Məmmədov və Fərid Əhmədovu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavinləri təyin edilməsi haqqında sərəncam imzalayıb.