Çarlinin vəhşi gülüşü
08 Fevral 2023
Türkiyə tarixin ən dəhşətli zəlzələlərindən birinin on minlərlə qurbanının ölüsünü-dirisini dağıntılar altında axtarmaqla məşğulkən, hətta qeyri-dost ölkələr düşmənçiliyi unudub yardıma tələsirkən, Fransanın “Charlie Hebdo” (“Gündəlik Çarli”) nəşri bu dəhşətli faciəni vəhşi bir gülüşlə qarşılayır. Fevralın 7-də jurnal “Türkiyədə zəlzələ” adlı karikatura dərc edərək, ona belə başlıqaltı qoyub: “Bizim heç tanklar göndərməyimizə də ehtiyac yoxdur”.
Satirik dərginin iyrənc gülüşünü hətta Fransanın özündə əksəriyyət qəzəblə qarşılayib. Keçmiş polis, 2002-2011-ci illərdə iki dövlət başçısının cangüdəni işləmiş Aleksandr Boisson yazır: “Mənim həmkarım Frank Brinsolara sizi müdafiə etmək üçün həyatından keçib. Əgər sizin qələminiz yeni qurbanlara səbəb olacaqsa, nifrət yaratdığınız üçün məhkəmə qarşısında cavab verməli olacaqsınız”.
“Sizə terror hücumu olanda mən Parisdə idim, sizə dəstək nümayiş etdirərək, yürüşə qoşulmuşdum. Amma mənəviyyatsızlığınızı görəndə üzüldüm. Minlərlə insan dağıntılar altında hələ sağdır”, - türk əsilli fransız İgit Önger Twittet hesabında etirazını bildirib.
Fransalı politoloq Fransua Burqa isə Türkiyənin Anadolu agentliyinə belə bir şərh verib: “Bu, biabırçılıqdan başqa bir şey deyil”.
2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasını çəkdiyinə görə Kuaşi qardaşları “Charlie Hebdo”nun redaksiyasına basqın edəndə söz və ifadə azadlığının müdafiəçiləri “Biz hamımız Çarliyik” şüarı altında Paris küçələrinə tökülmüşdülər. Bir sıra ölkə liderləri əl-ələ verib yürüşün önündə gedirdilər.
İndi onlar dəstək verdikləri şovinist nəşrin bu insanlıqdan kənar hərəkətini də müdafiə etmək üçün söz tapacaqlarmı? Avropanın, o cümlədən Fransanın nifrət yayan çıxışlara qarşı qanunvericiliyi bu aşkar “media vandalizmi” aktına görə nəşri cəzalandırmaq üçün tətbirq olunacaqmı? Karikatura onlayn-resurslardan sildiriləcəkmi?
Fransa siyasətinin illərdir körüklənən antitürk əhval-ruhiyyəsini nəzərə alsaq, bu suallara müsbət cavab vermək çətindir. Ancaq vicdan və mərhəmət hissini itirməmiş insanlar öz hökmlərini çıxarırlar. “Bu dəfə müdafiənizə qalxanlar çox olmayacaq, - deyə yerli oxuculardan biri redaksiyanı kəskin qınayır. – Siz artıq bütün hədləri keçmişiniz”.
Press Klub