Logo
news content
User
Kateqoriyalar

Xəbər

Camala qapı-qapı düşüb pul yığır... Artıq 90 milyon avro toplayıb

2016-cı ildə Avroviziya mahnı yarışmasında qalib gələn ukraynalı müğənni, Krım türkü Camala Rusiyanın genişmiqyaslı işğalından sonra ilk günlərdə Kiyevdə olduğunu etiraf edib. Bir neçə gün bomba sığınacağında qaldıqdan sonra Camala, nəhayət, uşaqlarının təhlükəsizliyini təmin etmək üçün onları xaricə aparmağa qərar verib.

Ulduz müğənni bu barədə "Ulduz yolu" proqramına müsahibəsində danışıb.

Camala bildirib ki, o, uşaqları ilə sərhədin Ukrayna hissəsindən Rumıniyaya qədər piyada gedib. Böyük oğlu ayrılma səbəbini başa düşüb, baxmayaraq ki, ulduz bunu ona izah etməyin çox çətin olduğunu etiraf edib.

"Böyük oğluma başa saldım, dedim ki, köməyə ehtiyacım var, müharibəmiz var. Bu elə bir oyundur ki, biz qalib gəlməliyik və qalib gəlmək üçün mənə kömək etməlisən"- müğənni deyib.

Camala Ukraynanı tərk etməyə müvəffəq olanda və uşaqları ilə birlikdə özünü təhlükəsiz hiss edəndə, ilk işi ölkəsinə kömək etmək üçün yollar axtarmaq olub. Məhz o zaman qaçqınlar üçün xeyriyyə konsertləri və pul yığma ideyası yaranıb.

Bundan əlavə, Camala Ukraynada baş verənlərlə bağlı məlumatları əcnəbilərə çatdırmağı, real hekayələr danışmağı öz vəzifəsi hesab edir:

"Onlar hiss edirlər, amma nə baş verdiyini hamı tam başa düşmür. Firavanlıq, sülh, sivilizasiya şəraitində yaşayan insanlar üçün, qonşunun gəlib insanları necə öldürməyə başladığını anlamaq çox çətindir".

Qeyd edək ki, onun artıq 90 milyon avroya qədər pul topladığı bildirilir.