Cahangir Əsgərov vəzifəsindən azad edilib? - AZAL şərh verməkdən imtina edib
24 Yanvar 2023
Çərşənbə axşamı günorta saatlarında sosial şəbəkələrdə AZAL milli aviasiya şirkətinin rəhbəri Cahangir Əsgərovun vəzifədən azad edilməsi haqqında yazı yayılıb. Eyni zamanda şirkətin ofisində genişmiqyaslı yoxlamaların başladığı bildirilir.
AZAL Turan Agentliyinin bu şaiyələrin nə dərəcədə əsaslı olduğu haqqında sualına cavabda şərh verməkdən imtina edib.
İş gününün sonunda hələ Əsgərovun vəzifədən azad edilməsi haqqında rəsmi məlumat açıqlanmayıb.