Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bunu heç bir yüksək rütbəli Avropa məmuru deməyib” – Borell Ukraynadan yazdı

“Bu müharibə döyüş meydanında qalib gələcək”.

Bu fkri Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell “Twitter” hesabında yazıb.

O xüsusi olaraq vurğulayıb ki, bunu heç vaxt heç bir yüksək rütbəli Avropa məmuru, hətta diplomat deməyib.

Eyni zamanda, Borrell əlavə edib ki, Aİ-dən Ukraynaya əlavə 500 milyon avro yardımla bağlı qərar həyata keçirilməkdədir:

“Silah tədarükü Ukraynanın ehtiyaclarına uyğunlaşdırılacaq”.

Qeyd edək ki, bununla da ittifaqın Ukraynaya təhlükəsizlik yardımı 1,5 milyard avroya çatacaq.