Bu illərdə dünyada rekord temperatur müşahidə edilə bilər
18 May 2023
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyi tarixi açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının hesabatında 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı vurğulanıb.
Bu 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.
Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd edilib.
Bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.
Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.