Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu il neftə tələbat böhrandan əvvəlki səviyyəni üstələyəcək

2022-ci ildə neftə gündəlik tələbatın artımı əvvəlki kimi 4,2 milyon barel səviyyəsində gözlənilir.

OPEC-in fevral hesabatına görə, neft məhsullarına, xüsusilə də dizel yanacağına tələbatın artmasını şərtləndirən amillər arasında sənayenin və hava nəqliyyatının dirçəlməsi mühüm yer tutur.

Neftə gündəlik tələbatın həcmi 2021-ci ildə 96,6 milyon barel idisə, cari ildə 100,8 milyon barelədək artmalıdır ki, bu da koronavirus pandemiyasından əvvəlki 2019-cu ilə nisbətən 0,7 milyon barel çoxdur.

Hesabata əsasən, qeyri-OPEC ölkələrində gündəlik neft tədarükünün həcmi 3 milyon barel artaraq 66,7 milyon barelə çatdırılacaq. Bu artımda əsas pay sahiblərinin ABŞ, Rusiya, Braziliya, Kanada, Qazaxıstan, Norveç, Qayana olacağı bildirilir. (Report)