Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu gün "vahid namizəd" açıqlanacaq

Türkiyə müxalifəti bu gün vahid namizədlə bağlı yekun qərarını açıqlayacaq.

Pressklub.az Türkiyə mediasına istinadla xəbər verir ki, müxalifət liderlərindən ibarət “beşli masa” (Meral Akşenerin etirazından əvvəl bu, "altılı masa" idi) bu gün iclas keçirəcək mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

İclasdan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözügedən namizədi elan edəcəyi gözlənilir.

Xatırladaq ki, martın 2-si “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq müxalifət liderlərinin ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, “altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.