Bu gün Britaniya ilə İsrail arasında müdafiə və texnologiya tərəfdaşlığı sahəsində müqavilə imzalanacaq
29 Noyabr 2021
Noyabrın 29-da Böyük Britaniya ilə İsrail arasında qarşıdakı on il üçün müdafiə, kibertəhlükəsizlik, ticarət, elm və texnologiya mübadiləsi sahələrində strateji tərəfdaşlıq müqaviləsi bağlanacaq.
Bu barədə hər iki ölkənin xarici işlər nazirləri Elizabet Trass və Yair Lapidin bazar ertəsi Britaniyanın “The Daily Telegraph” qəzetində dərc olunmuş birgə məqaləsində deyilir.
“İsrail və Böyük Britaniyanın nümayəndələri yaxın dostluğumuzu daha da sıx tərəfdaşlığa çevirməkdə irəliyə doğru böyük bir addım atmaq üçün bu gün Londonda toplanaraq kiber, texnologiya, ticarət və müdafiəni əhatə edən növbəti onillik üçün yeni strateji planı razılaşdıracaqlar. Bu pakt dünyanı dəyişə biləcək, hər iki ölkədə yüksək ixtisaslı iş yerləri yarada və təhlükəsizlik qüvvələrimiz üçün yeni silahlar inkişaf etdirə biləcək texnoloji yeniliklərin yaranmasına gətirib çıxaracaq”, mətndə deyilir.
Bu, həm də onu göstərir ki, “kibersferada artan təhlükələr” fonunda tərəflər kiberməkanda müdafiə sahəsində əməkdaşlığı intensivləşdirmək niyyətindədirlər. “Dünya səviyyəli təcrübəyə malik texnologiya liderləri kimi malik olduğumuz potensialın tanınması ilə İsrail rəsmi olaraq 1-ci kateqoriya kibertəhlükəsizlik üzrə tərəfdaş olacaq”, deyə nazirlər vurğulayıb.
Bundan əlavə, tərəflər Böyük Britaniya və İsrail arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlara yeni təkan verməyi planlaşdırır: “Ölkələrimiz geniş iş yerləri yaratmaq və iqtisadiyyatı inkişaf etdirmək üçün daha çox şey edə bilər. Buna görə də biz Böyük Britaniya və İsrail arasında unikal azad ticarət sazişi üzrə danışıqlara yol açacağıq”.
Məqalədə bildirilib ki, hazırda ikitərəfli ticarət 5 milyard funt-sterlinqə (6,6 milyard dollar) çatır.
Nazirlər, həmçinin, İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsini təmin etmək üçün çalışacaqlarına söz veriblər. “Vaxt daralır və bu, Tehranın ambisiyalarını söndürmək üçün tərəfdaşlarımız və dostlarımızla sıx, qarşılıqlı fəaliyyətin zəruriliyini ortaya qoyur”.(APA)