Brüsseldə növbəti üçtərəfli görüş olacaqmı?
20 May 2022
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də Brüsselə işçi səfər edəcək.
Paşinyanın ofisindən alınan məlumata görə baş nazir həmin gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməlidir.
Məlumatda o da deyilir ki, Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişelin iştirakı ilə daha bir üçtərəfli görüş planlaşdırılıb.
Bundan əvvəlki Əliyev-Paşinyan-Mişel görüşü aprelin 6-da baş tutmuşdu.
Həmin görüşdə ölkə liderləri sərhədin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəlsələr də, bu istiqamətdə hələlik əhəmiyyətli addım atılmayıb. (Azadlıq Radiosu)