Britaniya və Niderland Ukrayna üçün təyyarə alır, Fransa təlim keçəcək
17 May 2023
Böyük Britaniya və Niderland Ukrayna üçün qırıcı təyyarələrin alınması üçün koalisiya yaratmaq barədə razılığa gəlib.
Bu barədə BBC məlumat yayıb.
Böyük Britaniyanın baş naziri Rişi Sunak İslandiyada Avropa Şurasının sammiti çərçivəsində Niderland hökumətinin başçısı Mark Rutte ilə görüşdə belə bir koalisiyanın yaradılması üzərində işləməyə razılıq verib.
"Sunak və Rutte Ukraynanı döyüş potensialı ilə təmin etmək, təlimdən F-16 qırıcılarının alınmasına qədər hər şeydə dəstək vermək üçün beynəlxalq koalisiya qurmağa razılaşıblar"- bəyanatda deyilir.
Fransa Prezidenti Emmanuel Makron isə Ukrayna pilotlarını bu ölkədə təlim keçməyi düşündüklərini bildirib. Makron bu haqda Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Fransanın TF1 televiziyasına müsahibə verən zaman danışıb.
Ukraynalı pilotların qırıcı təyyarələri idarə etmək üçün hazırlanması məsələsi ilə bağlı “Biz digər Avropa ölkələri ilə birlikdə (Ukraynalı) pilotların hazırlanması üçün qapı açdıq”, - deyib.
Makron ABŞ ilə bu mövzuda danışıqların davam etdiyi barədə məlumat aldıqlarını qeyd edib. O, təlimin dərhal başlaya biləcəyini vurğulayıb: “Fransanın strategiyası sadədir: Ukraynanın müqavimətini artırmaq, əks-hücum təşkil etmək və hər kəsi müəyyən etdiyi şərtlərlə davamlı sülh üçün danışıqlar masasına oturmağa məcbur etmək”.