Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı: "Rusiyanın son məqsədi..."

“Rusiyanın əsas diqqəti Şərqi Ukraynaya yönəlib. Amma son məqsəd dəyişməz olaraq qalır. Rusiya özünün regional hegemonluğunu təsdiq etməyə çalışır".

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Ukrayna mövqelərinə artilleriya zərbələri endirməkdə davam edir:

"Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir. Biz Rusiya və Belarusa qarşı əlavə sanksiyalar tətbiq edirik”.