BQXK Laçın və Ağdam yollarıyla Qarabağ ermənilərinə humanitar yardım çatdırıb
18 Sentyabr 2023
BQXK-nın iki yük maşını bu gün səhər Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə eyni vaxtda hərəkət edərək Qarabağ ermənilərinə humanitar yardım çatdırıb.
Ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılması təmin edilib, bu barədə BQXK-nın məlimatında bildirilir.
“Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır”, deyir BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer. “Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb.” BQXK son həftələr ərzində qərar vermə səlahiyyətli şəxslərlə əraziyə müxtəlif yollarla, o cümlədən «Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılması istiqamətində danışıqlar aparmaqda idi». Bu günkü əməliyyatda eyni anda iki yük maşını Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılmasını həyata keçirib.
“Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara mütəmadi yardım çatdırılacaq”, dedi xanım Bauer. “Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdir”.