Logo
news content
User
Kateqoriyalar

Xəbər

Böyük fəlakət yaxnlaşır? - İstanbulda qırılma xəttinə yaxın yolda sürüşmə əmələ gəlib - FOTOLAR

Türkiyənin İstanbul şəhərində Beylikdüzü Gürpınar sahilindəki piyada yolunda çökmələr əmələ gəlib və bu proses davam edir.

Çökmə baş verən hissənin düz yanında yerləşən kafe diqqət çəkib. Belə ki, kafenin dənizə yaxın hissəsində sürüşmənin olduğu müşahidə edilib.

Türkiyəli professor Süleyman Dalğıc Şimali Anadolu qırılma xəttinin buradan təxminən 15 kilometr uzaqlıqda olduğunu bildirib. O qeyd edib ki, böyük bir zəlzələ olacağı təqdirdə bu sahil xətti daha çox zədələnə bilər.

“Ona görə də burada təcili tədbirlər görülməlidir. Gedən proseslər nəticəsində burada dənizə doğru təxminən 1,5 metr məsafədə yenidən sürüşmə baş verə bilər. Əgər zəlzələ insanların yayda sahildə gəzdiyi zaman baş verərsə, bu, vətəndaşlarımız üçün təhlükəli ola bilər”, - deyə o vurğulayıb.