Logo
news content
User
Kateqoriyalar

Xəbər

Böyük əks-hücuma hazırlıq - Ukrayna 40 min döyüşçü hazırlayır

Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfərə əks-hücuma hazırlıq üçün təlim keçir.

Bu barədə “Reuters” məlumat yayıb.

Kursantlardan Ukrayna Daxili İşlər Nazirliyi səkkiz briqada təşkil edəcək, onlar “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Cəbhə”, “Qəzəb”, “Azov” və “Kara-Dağ” (Krımdakı dağın şərəfinə) adlarını alacaqlar.

Briqadaların cəbhənin ən çətin sektorlarına yerləşdiriləcəyi gözlənilir.

Ukraynanın daxili işlər naziri İqor Klimenko Ukraynanın hələ də əhəmiyyətli səfərbərlik potensialına malik olduğuna inanır və qeyd edib ki, könüllülər arasında qadınlar və hərbi xidmət keçməyənlər də var.