Logo
news content
User
Kateqoriyalar

Xəbər

Borrelldən bədbin proqnoz: "Ukrayna tunelinin sonunda..."

Avropa İttifaqı hazırda Ukrayna tunelinin sonunda işıq görmür.

TASS xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının sanksiyaları Rusiyanın hərbi sənaye kompleksini məhv edə bilmədi.

C.Borrell vurğulayıb ki, Aİ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etsə də, bu, rəsmi Moskvanın hərbi maşınını əhəmiyyətli dərəcədə zəiflədib, ancaq hələ də mövcuddur: “Müharibə davam edir və döyüşlər daha da şiddətlənir. Biz Ukrayna tunelinin sonunda işığı görmürük”.